Millimiz Ermənistanla qarşılaşacaq

12:26 - 27 İyul 2022

San Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız B qrupunda ikinci görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, Cəbəllütariq seçməsi ilə qarşılaşan yığmamız görüşə fəal başlayıb və yekunda 115-60 hesablı qələbə qazanıb.


Milli komandamızın qrupdakı növbəti rəqibi Ermənistan komandası olacaq. Oyun 27 iyul Bakı vaxtı ilə saat 19.00 -da start götürəcək.

Xəbər xətti