London klubu İtaliya millisinin hücumçusunu transfer etdi

13:48 - 27 İyul 2022

İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Sassulo"nun hücumçusu Canluka Skamakkanı transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

İtaliya millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Vest Hem"in 23 yaşlı forvard üçün 46+6 milyon avro ödəyəcəyi bildirilir.

 

Geridə qalan mövsümdə "Sassuolo"nun heyətində bütün turnirlər nəzərə alınmaqla 38 oyuna çıxan Canluka Skamakka 16 qolla yadda qalıb.

Xəbər xətti