"Sürix"in qapıçısı: "Çempionlar Liqasında gediləcək çox yol var"

14:09 - 27 İyul 2022

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda "Sürix"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə İsveçrə təmsilçisinin qapıçısı Yanik Brexer açıqlama verib. 29 yaşlı qolkiper Çempion Liqasının qrup mərhələsindı iştirak etmək istədiklərini deyib:

 

"Çempionlar Liqasında gediləcək hələ çox yol var. Hər birimiz qrup mərhələsinə qatılmaq istəyirik. Qələbə üçün top itkilərinə yol verməməli və qapımızı toxunulmaz saxlamalıyıq".

 

Qeyd edək ki, "Sürix" - "Qarabağ" matçı bu gün Bakı vaxtilə saat 21:00-da baş tutacaq. Komandalar arasında ilk oyun Azərbaycan çempionunun 3:2 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti