"Başakşehir"in futbolçusu "Sumqayıt"da

17:29 - 27 İyul 2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" "Başakşehir"in qvineyalı futbolçusu Alya Tureni 1 illik icarəyə götürüb.

20 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt"ın heyətində "37" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.

Xəbər xətti