"Neftçi"nin Konfrans Liqasının təsnifat mərhələsindəki rəqibi "Aris"in baş məşqçisi Aleksey Şpilevski instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis komandasının Bakıdakı məşq prossesi zamanı çəkilmiş fotosunu paylaşaraq bunları yazıb:
"Bu da mənim gündəlik əhval-ruhiyyəmdi. Fantastik oyunçularımla iş prossesi. İrəli “Aris".
Xatırladaq ki, “Neftçi” – “Aris” matçı sabah “Bakcell Arena”da 21:00-da start götürəcək.
Mirbağırağa
