Yığmamız Ermənistana qalib gəldi

20:48 - 27 İyul 2022

San-Marinoda basketbol üzrə U-18 yığmaları arasında C divizionun oyunları keçirilir. 

Sportal.az xəbər verir ki, yığmamız Ermənistanla matçdan 76:65 hesablı qələbə ilə ayrılıb. Bundan əvvəl yığmamız Lüksemburq (75:71) və Cəbəllütarıqə (115:60) qalib gəlib.

Sabah isə yığmamız Moldova ilə qarşılaşacaq.

 

Xəbər xətti