Aleksey Şpilevski: "Bakıya növbəti mərhələyə adlamaq üçün gəlmişik"

21:13 - 27 İyul 2022

"Sabahkı oyundan gözləntilərimiz böyükdü. İlk oyun bizim üçün əsl motivasiya oldu. Hələ ki, növbəti mərhələ haqda düşünmürük. Oyuna bərabərlikdən başlayacağıq. Rəqibimiz evdə oynayacaq. Sabah "Neftçi"nin yüksək motivasiya ilə oynayacağını düşünürəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Aris"in baş məşqçisi Aleksey Şpilevski "Neftçi" ilə oyundan qabaq keçirilən mətbuat konfransında deyib.

- Matiya Şpolyariçin oynamaması komandaya təsir edəcək?
- Belə hallar olur. Hər bir məşqçi buna ahzır olmalıdı. Onun əvəzinə meydana çıxacaq futbolçu özünü ən yaxşı tərəfdən göstərəcək. Komandama inanıram.

- "Neftçi"nin ilk görüşdəki çıxışını necə dəyərləndirirsiniz?
- Rəqibin oyununu dəyərləndirərək həmkarımın işinə hörmətsizlik etmək istəmirəm.

- Növbəti rəqib barədə düşünürsünüz?
- Heç vaxt belə etməyəcəm. Bizi cavab oyunu gözləyir. İlk oyunda inamlı qələbə qazanıb, cavab matçında məğlub olan koamndalar var. Oyunun istənilən gedişatına hazırıq. Amma Bakıya növbəti mərhələyə adlamaq üçün gəlmişik.

- Penalti seriyasına hazırlaşmısınız?
- Sabah oyunun taleyini 90 dəqiqədə həll edəcəyimizə inanıram. 120 dəqiqə oynamağı istəməzdik. Çünki fiziki sarıdan ideal formada deyilik. Penaltini məşq edə bilərik. Penaltilər üzrə mütəxəssisimiz var.

- Yəqin ki, bir neçə il əvvəl "Aris"in avrokuboklarda oynayacağı və qalib gələcəyini ehtimal etməzdilər....
- Azarkeşlər komanda ilə fəxr edir. Bura ilk dəfə gələndə bizim 10 azarkeşimiz var idi. Onlardan biri xərçəng xəstəsi idi. O, hələ də bizimlədi. Azarkeşlərimizin sayı çoxalır. Futbolda əsas olan nəticədi. Amma biz də gözəl futbol oynamaq istəyirik.

- Sabah da ilk oyundakı kimi oynayacaqsınız?
- Biz daha yaxşı oyun göstərməyə çalışacağıq. Bu, bizim ambissiyamızdı. Kiprdəki matçın ilk 20 dəqiqəsində rəqibə çox imkan vermişdik. Sabah eyni səhvləri təkrarlamayacağıq.

Mirbağırağa

Xəbər xətti