"Turan Tovuz" "Dinamo"ya uduzdu

22:14 - 27 İyul 2022

Gürcüstanda təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Dinamo" ilə matçda məğlub olub.

Təmsilçimiz Tbilisi klubuna 0:4 uduzub.

Bundan əvvəl "Turan Tovuz" Gürcüstanda "Merani"yə 3:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti