"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunu Bakıda keçirəcək. Qarşılaşma 3 avqust tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respbulika stadionunda baş tutacaq və CBC Sport kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrənin "Sürix" klubunu mübariədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi