"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesov Ağdam təmsilçisinə qarşı keçərəcəkləri oyunlar haqda danışıb. Rusiyalı mütəxəssis bildirib ki, onların nümayəndələri "Sürix" - "Qarabağ" matçını (2:2) izləyib:
“Müşahidəçimizin biri İsveçrədə keçirilən “Sürix” – “Qarabağ” matçında idi. O, “Qarabağ”ı təhlil etməyimizə kömək edəcək. İndi çempionat haqda düşünürəm. Fikrimiz mövsümə uğurlu start verməkdir”.
"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.
saytlarin hazirlanmasi