"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsində "Sürix"i mübarizədən kənarlaşdırıb.
Sportal.az xəbər verir ki, cavab matçından sonra İsveçrə təmsilçisinin kapitanı Yanik Brexer açıqlama verib. Təcrübəli qapıçı səhvlərə yol verdiklərini deyib:
"Belə olmasını istəməzdik. Bu gün oyunun taleyini xırda detallar müəyyənləşdirdi. Avropa arenasında matçlar belə olur. İki axmaq qol buraxdıq. Beynəlxalq arenada belə səhvlər bağışlanmır".
saytlarin hazirlanmasi