Rusiyalı məşqçi: "Qarabağ"la oyunlar Çerçesov üçün daha çətin olacaq"

13:52 - 28 İyul 2022

Rusiyanın "Rubin" klubunun sabiq baş məşqçisi Rinat Bilyaletdinov Çempionlar Liqasının III təsnifat mərhələsinin "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis Ağdam təmsilçisinin çətin rəqib olduğunu deyib:

 

"Qarabağ"ın "Sürix"i neсə keçməsi aydın deyil. İsveçrə çempionatı milli komadaları kimi yaxşıdır. Onlar həmişə yüksək səviyyədə oynayırlar. “Qarabağ”da güclü legionerlər və millinin aparıcı oyunçuları çıxış edir. Növbəti mərhələ Stanislav Çerçesov üçün daha çətin olacaq".

 

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.

Xəbər xətti