Türkiyə millisinin üzvü İstanbul klubuna keçdi

14:16 - 28 İyul 2022

"Trabzonspor" Yunus Mallı ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını İstanbulda davam etdirəcək. Türkiyə millisinin üzvü "Kasımpaşa"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Yunus Mallı 2021-ci ilin fevralında "Volfsburq"dan "Trabzonspor"a transfer olmuşdu. Təcrübəli vinger son mövsümdə Qara Dəniz təmsilçisinin heyətində 10 matçda meydana çıxıb.

Xəbər xətti