"Qarabağ"ın sabiq futbolçusunun övladı vəfat etdi - FOTO

14:35 - 28 İyul 2022

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat paylaşıb. Polşalı futbolçunun oğlu İsraildə xərçəngdən müalicə olunurdu.

Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. O, hazırda "Visla"da (Plotsk) oynayır.

 

Resim

Xəbər xətti