"Atletiko" Argentina millisinin üzvünü transfer etdi

15:22 - 28 İyul 2022

İspaniyanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Udineze"dən Nahuel Molinanı transfer edib. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

 

Argentinalı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Atletiko"nun 24 yaşlı futbolçu üçün İtaliya klubuna 20 milyon avro ödədiyi bildirilir.

 

Nahuel Molina "Udineze"yə 2020-ci ilin yayında "Boka Xunyors"dan transfer olunub. Argentina millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti