"Yuventus"dan "Valensiya"ya

17:27 - 28 İyul 2022

“Valensiya” “Yuventus”un futbolçusu Arturu istəyir.

Sportal.az “Mundo Deportiv”"ya istinadən xəbər verir ki, “yarasalar” braziliyalını bir illik icarəyə götürəcək. Çünki İspaniya klubu 25 yaşlı futbolçunun maaşının böyük hissəsini “Yuventus”un ödəməsini istəyir.

​Futbolçu özü Turində qalmaq istəmir. Əgər maliyyə məsələlərində razılıq əldə olunarsa, Artur icarə əsasında “Valensiya”ya keçəcək.

Xəbər xətti