PSJ-dən "Roma"ya

21:36 - 28 İyul 2022

PSJ və Niderland millisinin üzvü Corcinyo Veynaldum İtaliyaya yollanmağa hazırlaşır.

Sportal.az “II Corriere dello Sport”a istinadən xəbər verir ki, yarımmüdafiəçi “Roma” ilə razılıq əldə edib.

“Canavarlar” Veynaldumu bir illik icarəyə götürəcək.

​Mövsüm sonunda isə PSJ-nin istədiyi məbləği ödəyərək onun transfer hüquqlarına sahib çıxacaq.

Xəbər xətti