"Kəpəz" daha bir transferi həyata keçirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu gürcüstanlı Mixeil Erqemlidzeni heyətinə qatıb.
23 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Mixeil son olaraq "Sabah"da oynayıb.
