"Qarabağ"ın oyununu bir dəfə görmüşəm, çox yaxşı komandadı"

21:52 - 28 İyul 2022

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov ölkə mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “championat.com”a danışan Koloskov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”un “Qarabağ”la düşməsi haqda danışıb:

​"Slovan"ı keçmək "Ferentsvaroş" üçün uğurlu nəticədi. Bu, tək Stanislav Çerçesovun yox, klubdakı bütün insanların uğurudu. Xüsusilə də Çempionlar Liqasında bu cür nəticə vermək sevindirici haldı. Stanislav Çerçesov da özünü bir daha təsdiqlədi. Komandanın növbəti rəqibi “Qarabağ”dı. Onların oyununu bir dəfə görmüşəm. Rusiya klubunu yaxşı hesabla məğlub etmişdilər. Oyundan əvvəl düşünürdük ki, hansısa kənd komandasına qarşı oynayacaqlar. Amma hamımız "Qarabağ"ın çox yaxşı komanda olduğunu gördük. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram".

Xatırladaq ki, “Qarabağ” indiyə qədər rəsmi matçlarda Rusiya klubları ilə qarşılaşmayıb.

Son dəfə 2016-cı ildə “Qarabağ” Avstriyada yoxlama görüşündə “Zenit”ə 1:0 qalib gəlib. 

Xəbər xətti