"Neftçi" - "Aris" matçından sonra ara qarışdı - FOTO

23:05 - 28 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" - "Aris" matçının final fitindən sonra ara qarışıb.

Sportal.az xəbər verir ki, Limassol klubunun futbolçuları və "Neftçi"nin təcrüməçisi Vüqar Əliyev arasında yaşanan qalmaqala digər futbolçular da qoşulub.

Meydanda qısamüddətli ara qarışsa da, təhlükəsizlik əməkdaşları və hər iki klubun əməkdaşları tərəfləri sakitləşdirməyə çalışıblar.

Xəbər xətti