Türkiyənin "Qalatasaray" klubu növbəti transferini yekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Ayntraxt"ın hücumçusu Ali Akmanı heyətinə cəlb edir. "Sarı-qırmızılar" 20 yaşlı forvardı 1 illik icarəyə götürəcək. Müqavilədə satınalma bəndi də yer alacaq.
Qeyd edək ki, Ali Akman "Ayntraxt"a 2021-ci ilin mart ayında "Bursaspor"dan transfer olunub. O, son mövsümü icarə əsasında "Niymeqen" klubunda keçirib. Türkiyəli qolçu Niderland klubunun heyətində meydana çıxdığı 32 oyunda 6 qol vurub.
saytlarin hazirlanmasi
