Rusiyalı məşqçi: "Ferentsvaroş"la "Qarabağ"ın şansları bərabərdi"

16:16 - 29 İyul 2022

Rusiyanın əməkdar məşqçisi Hacı Hacıyev Çempionlar Liqasının III təsnifat mərhələsinin “Ferentsvaroş” – “Qarabağ” cütü haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis komandaların şanslarınıb bərabər olduğunu deyib:

 

“Ferentsvaroş”la “Qarabağ”ın şansları bərabərdir. Çox istərdim ki, Stanislav Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş” mərhələ adlasın və qruplara qalsın. Çerçesov həmyerlimizdir, onu dəstəkləməyimiz düzgündür”.

 

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.

Xəbər xətti