Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"da yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Macarıstan klubu qapıçı Adam Varqa ilə yeni sözləşmə imzalayıb. Bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
23 yaşlı "əlcək sahibi" ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Adam Varqa "Ferentsvaroş"un yetirməsidir. O, son mövsümü icarə əsasında "Sorokşar" klubunda keçirib.
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyunu 4 avqust tarixində Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə avqustun 9-u Budapeştdə olacaq.
