Yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya birinciliyinin ikinci yarış günü 33 kq çəki dərəcəsində mübarizyə aparan Mehdi Budaqlı qızıl medal qazanıb.
Sportal.az xəbər verir ki, komandamızın üzvü kanadalı Levi Gavası yeni qaydalara əsasən raund hesabında 2:0, avstraliyalı Dieqo Querubini 2:0, israilli Yonatan Haimi 2:0, fransa təmsilçisi Nelson Dedegbeni də 2:0 məğlub edərək yarımfinala adlayıb.
14 yaşlı idmançı finala vəsiqə uğrunda moldovalı Maksim Crovcenkoya da şans verməyib (2:0). Mehdi Budaqlı həlledici döyüşdə özbək idmançı Dilmurod Marufjonovu da hər iki raundda məğlub edərək dünya çempionu olub.
saytlarin hazirlanmasi
