Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix”lə cavab matçında zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medininanın zədəsinin ciddi olduğu dəqiqləşib.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu ən yaxşı halda bir ay oynaya bilməyəcək.
Medina Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Ferentsvaroş”a qarşı keçiriləcək matçlarında “Qarabağ”a kömək edə bilməyəcək.
Bununla yanaşı o, Çempionlar Liqası və ya Avropa Liqasının pley-off görüşlərində də meydanda olmayacaq. Çempionlar Liqasının "Sürix"lə cavab qarşılaşmasında zədələnən futbolçu meydanı birinci hissənin sonlarında tərk etmişdi.
