Yeni mövsümə hansı klubda başlayacağı qeyri-müəyyən olaraq qalan Kriştiano Ronaldoya daha bir təklif Farer adalarından təklif gəlib.
Sportal.az xəbər verir ki, “Klaksvik” portuqaliyalını heyətinə qatmaq istəyib.
Farer adalarından olan klub Ronaldo üçün “Mançester Yunayted”ə qoyun təklif etdiklərini bildiriblər.
“Klaksvik”in rəsmi saytında məsələ haqda bu cür yazılıb: “Biz ən yaxşı 20 qoyunumuzu Ronaldo üçün təklif etdik. Hazırda “Mançester Yunayted”dən cavab gözləyirik".
