"Turan Tovuz" Gürcüstan klubuna qalib gəldi

20:32 - 29 İyul 2022

"Turan Tovuz" Gürcüstanda üçüncü yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Qaqra" ilə qarşılaşıb.

Matç Tovuz klubunun 2:1 hesablı qələbəsilə yekunlaşıb.

"Turan Tovuz"un qollarına Ayxan Hüseynov və Natan Oduva vurub.

​Bundan əvvəlki görüşlərdə isə "Turan Tovuz" "Merani" 3:1 qalib gəlib, "Dinamo"ya (Tbilisi) 0:4 uduzub.

Xəbər xətti