"Səbail" gürcülərə uduzmadı

20:51 - 29 İyul 2022

"Səbail" Gürcüstanda üçüncü yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dila" ilə qarşılaşıb. 

Matç 1:1 hesabı ilə yekunlaşıb. "Səbail"in qolunu 86-cı dəqiqədə Turan Manafov vurub. 

​Bundan əvvəlki görüşlərdə isə "Səbail" "Dinamo"ya 0:2 uduzub, "Qaqra"nı 2:1 məğlub edib. 

Xəbər xətti