ÇSKA və SSRİ-nin veteran futbolçusu Vladimir Ponomaryov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, “Rusfootball”a danışan 82 yaşlı mütəxəssis Macarıstan çempionunun Ağdam klubu ilə görüşdə daha şanslı olduğunu bildirib:
"Hər şey Stanislav Çerçesovun komandası üçün normal alınacaq. Məncə, həmyerlimizin komandası qalib gələcək. Doğrudu, proqnoz vermək çətindi. Hesab edirəm ki, “Ferentsvaroş” 100 faiz “Qarabağ”ı üstələyəcək. Çerçesovun komandası hazırda Macarıstan çempionatında liderdi. Nəzərə alın ki, Macarıstan çempionatının səviyyəsi də çox yaxşıdı”.
