"Qarabağ"ın futbolçusu Riçard Almeyda instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu şəxsi hesabında bunları qeyd edib:
"Yəqin ki, həyatımda baş verənlərlə bağlı ən doğru söz minnətdarlıq olardı. Həm Allaha, həm də mənə inananlara minnətdaram".
Xatırladaq ki, Almeyda cəzalı durumda olduğuna görə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a kömək edə bilməyəcək.