"Fənərbaxça" bir gündə iki braziliyalı transfer etdi

10:44 - 30 İyul 2022

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçularla gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"dən mərkəz müdafiəçisi Muan Peresi transfer edib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Fənərbaxça" braziliyalı oyunçuya görə "Marsel"ə 5,2 milyon avro ödəyəcək.

 

"Sarı-lacivərtlilər"in digər transferi də braziliyalıdır. Super Liqa təmsilçisi "Flamenqo"nin 29 yaşlı mərkəz müdafiəçisi Qustavo Henrikeni 1 mövsümlük icarəyə götürüb.

 

Resim

Xəbər xətti