Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Kiyev "Dinamo"su ilə keçirdiyi Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda 4 futbolçusunu itirib.
Ferdi Kadıoğlu, İrfan Can Kahveci, Coşua Kinq və qapıçı Altay Bayındır zədələnib. 4 futbolçunun da müalicəsinə başlanılıb.
Bu oyunçulardan əlavə "Fənərbaxça"nın İtaliyanın "Kalyari" klubundan transfer etdiyi Joao Pedro da zədələnib. Əzələsində yırtıq aşkarlanan 30 yaşlı hücumçu bir ay oynamayacaq.
saytlarin hazirlanmasi