Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Arsenal"dan Nuno Tavaresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı portuqaliyalı sol cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Marsel"də keçirəcək.
Qeyd edək ki, Nuno Tavares "Arsenal"a 2021-ci ilin yayında "Benfika"dan transfer olunub. O, London təmsilçisinin heyətində meydana çıxdığı 28 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
