"Qarabağ"dan biletlə bağlı vacib müraciət

15:15 - 30 İyul 2022

"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

 

Sportal.az klubun rsosial şəbəkə hesabına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.

 

Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.

Xəbər xətti