"Qarabağ"ın rəqibi bu gün ilk matçına çıxır

11:33 - 31 İyul 2022

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferenstvaroş" bu gün Macarıstan çempionatında yeni mövsümün ilk matçını keçirəcək.

Sportal.az xəbər verir ki, Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektiv "Akademiya Puşkaşa" klubu ilə üz-üzə gələcək.

Budapeştdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

"Qarabağ"ın "Ferentsvaroş"la ilk görüşü avqustun 3-də Bakıda 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 9-da Budapeştdə Bakı vaxtı ilə 22:00 oynanılacaq. 

Xəbər xətti