Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix”ə qarşı keçirilən oyununda zədələnərək matçı vaxtından əvvəl tərk edən “Qarabağ”ın futbolçusu Kevin Medinanın minimum bir ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçuya Ağdam klubunun futbolçuları dəstək nümayiş etdirib.
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında hekayə bölməsində Medina barədə bu cür yazıb:
“Qardaşım, biz səni tezliklə gözləyirik. Hər şey yaxşı olacaq”.
