Mahir Emreli "Ludoqorets"lə görüşdə meydana çıxmayacaq

12:50 - 31 İyul 2022

"Dinamo"nun forvardı Mahir Emreli yenidən zədələnib.

Sportal.az Xorvatiya mətbuatı istinadən xəbər verir ki, 24 yaşlı hücumçu "İstra" ilə görüşdən (4:1) sonra zədəsini yeniləyib.

Elə məhz buna görə də forvardın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə (Bolqarıstan) ilk görüşünü buraxacağı bildirilir. 

Mahir "İstra" ilə görüşdə komandasının sonuncu qolunu vurub.

Xəbər xətti