"Aris"in kapitanı "Neftçi"yə məğlubiyyətdən sonra: "Hər uğursuzluq sizi daha güclü etmək üçün mövcuddu"

14:17 - 31 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"yə uduzan "Aris" avrokuboklardakı çıxışını dayandırdı.

Sportal.az xəbər verir ki, Limassol klubunun kapitanı Delmiro instaqram hesabında "Neftçi" məğlubiyyətini nəzərdə tutaraq bunları yazıb:

"Dözümlülük, məğlub olduqdan sonra yenidən cəhd etməyə davam etmək bacarığıdır.

Yol boyu hər bir büdrəmə və ya uğursuzluq daha güclü etmək üçün mövcuddu".

Xatırladaq ki, "Aris" ilk oyunda evdə 2:0 qalib gəlsə də, Bakıda 0:3 uduzub.

Xəbər xətti