Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un avqustun 6-da ölkə çempionatının ikinci turunda "Zalaegerseq"lə keçirməli olan matçı təxirə salınıb.
Sportal.az xəbər verir ki, Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektiv buna görə liqa rəhbərliyinə müraciət edib və müsbət cavab alıb.
"Qarabağ" "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-u Budapeştdə oynanılacaq.
