Dadaşov növbəti qolunu vurdu, komandası qalib gəldi

19:16 - 31 İyul 2022

Almaniyada Regional Liqasında ikinci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke-2"nin "Köln-2"yə qarşı keçirilən matçın iştirakçısı olub.

Matç Helzenkirhen təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Dadaşov komandasının üçüncü qolunun müəllifi olub. O, ilk turdakı matçda da fərqlənmişdi.

​Hazırda "Şalke-2" 6 xalla turnir cədvəlində ikinci pillədədi.

Xəbər xətti