İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" "Yanq Boyz"la qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Meydana 46-cı dəqiqədə çıxan Dadaşov üç dəqiqə sonra hesabı bərabərləşdirib. Matçın son dəqiqələrində isə Renat sarı vərəqə ilə cəzalandırılıb.
Hazırda "Qrasshopper" 4 xalla 4-cü pillədədi.
