"Qalatasaray" Niderlanddan futbolçu gətirir

21:49 - 31 İyul 2022

“Qalatasaray” daha bir transferi həyata keçirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi “AZ Alkmaar” forması geyinən Fredrik Midştyönü transfer edəcək. Artıq danışıqlara start verilib.

28 yaşlı yarımmüdafiəçinin “Qalatasaray”la üç illik müqavilə imzalayacağı gözlənilir. Norveç millisinin üzvü karyerası ərzində “Rosenborq”, “Ranheym”, “Sandnes” klublarında oynayıb.

Xəbər xətti