Yığmamız üçüncü yeri tutdu

22:36 - 31 İyul 2022

San-Marinoda U-18 yığmaları arasında keçirilən basketbol üzrə C divizionunda Avropa çempionatına yekun vurulub.

Sportal.az xəbər verir ki, yığmamız üçüncülük matçında Lüksemburqla qarşılaşıb. Yığma komandamız bu görüşdən 78:73 hesabı ilə qalib ayrılaraq bürünc medallara sahib çıxıb. 

​Yığmamız qrupda Lüksemburq, Cəbəllütariq, Ermənistan və Moldovaya qalib gəlsə də, yarımfinalda Albaniyaya uduzaraq finala çıxa bilməmişdi.

 

Xəbər xətti