Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Nottingem Forest" heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, İngiltərə klubu "Ştutqart"dan Orel Manqalanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Nottingem Forest" belçikalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddətini açıqlamayıb. Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçuya görə "Ştutqart"a 13+4 milyon avro ödəyəcək.
saytlarin hazirlanmasi
