"Qarabağ" - "Ferentsvaroş" matçına nə qədər bilet satılıb?

15:58 - 1 Avqust 2022

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" görüşünə maraq yüksəkdi.

Sportal.az xəbər verir ki, matça iki gün qalsa da, satışa çıxmış biletlər tükənmək üzrədi.

Artıq 28 min bilet satılıb.

İki gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da "Qarabağ" "Ferentsvaroş"ı qəbul edəcək. 

Xəbər xətti