AFFA və PFL rəsmiləri hakimlərlə görüşdü

16:14 - 1 Avqust 2022

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol (PFL) Liqasının prezidenti Elxan Səmədov Premyer Liqa və 1-ci divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, görüşdə Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek və komitə üzvləri də iştirak ediblər.

​AFFA və PFL rəsmiləri hakimlərə yeni mövsümün startı ərəfəsində uğurlar arzulayıb və müvafiq tövsiyələrini veriblər.

Xəbər xətti