Kadi Borges daha 5 il "Qarabağ"da

17:53 - 1 Avqust 2022

"Qarabağ" Kadi Borgeslə müqavilə müddətini artırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ilə braziliyalı futbolçu arasında anlaşma əldə edilib.

Yarımmüdafiəçi "Qarabağ"la 5 illik müqaviləyə qol çəkib.

26 yaşlı futbolçu 2021-ci ilin yayından "Qarabağ"da oynayır.

Xəbər xətti