"Kəpəz"ə Gəncədə oynamağa icazə verilmədi

19:00 - 1 Avqust 2022

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" Gəncədə oynaya bilməyəcək.

Sportal.az xəbər verir ki, yeni mövsümün hazırlıqlarını hazırda Gəncədə keçirən komanda çempionatdakı matçlarını doğma divarlar arasında keçirməyəcək.

Buna səbəb isə FHN-nin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdı. Ona görə də "Kəpəz" ilk ev matçını Bakıda "Dalğa Arena"da keçirəcək.

Komandanın növbəti ev oyunlarını Gəncədə keçirib-keçirməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.

Xəbər xətti