"Barselona" Martin Breytveytlə yollarını ayıracaq.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi onu başqa kluba sata bilməsə, təzminat ödəyəcəyinə baxmayaraq onun müqaviləsinə xitam verəcək.
Danimarkalı forvardın "Barsa" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdi. Xavinin planlarına daxil olmasa da, forvard komandanı öz istəyilə tərk etmək istəmir.
Azad agent olacağı təqdirdə, "Selta" və "Xetafe" Martinlə müqavilə imzalamaq üçün mübarizə aparacaq.
saytlarin hazirlanmasi
