Məmmədzadə federasiya prezidenti seçildi

21:17 - 1 Avqust 2022

Lənkərandakı Heydər Əliyev Mərkəzində Cənub Regional Futbol Federasiyasının (CRFF) hesabat-seçki konfransı keçirilib.

Sportal.az xəbər verir ki, 9 rayondan olan səlahiyyətli nümayəndələr də tədbirin iştirakçısı olub. 

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Həvəskarlar Futbolu Federasiyası prezidenti Rüfət Əmirov isə qonaq kimi dəvət edilib. 

​Konfransda öncə ötən müddətdə görülən işlər barədə yazılı və viderolik şəkilində hesabat təqdim olunub, fikirlər dinlənilib, müzakirələr aparılıb. Ardınca isə CRFF-in prezidenti postuna seçkilər keçirilib.

Hazırkı prezident Sakin Məmmədzadə yekdilliklə hamını qabaqlayıb. Məmmədzadə növbəti 5 ildə də  federasiyanın prezidenti kimi postunda qalacaq.

Xəbər xətti